Art-deko İnteryerdə

Art-deko interyer dizaynında məhşur stillərdəndir. Ona gorə yox ki, o bayağıdır, əksinə, bu üslub çox bahalı və eksklüzivdir. Bu üslubda əsas yeri dizayner sənəti, bahalı və yüksək keyfiyyətli materiallar və qeyri adi naxışlar tutur. Lüks və sərvət dedikdə məhz art-deko anlayışına gəlinir. 

Art-deko adı öz başlanğıcını 1925-ci il Parisdə keçirilən eyni adlı sərgidən götürüb. Bu üslüb insanların lüks və rahatlığa olan arzularını həyata keçirtməyə bağlanmışdır. Öz əsas məhşurluğunu Art-deko ABŞ və Avropada qqazanmışdır.

Bu stilin əsas xüsusiyyəti oval-əyri və ya düz səthli xətlərinin olmasıdır. Digər dizayn üslublarından əsas fərqli cəhəti interyerdə daha çox şaquli və dairəvi elementlərdən istifadə olunmasıdır. Bu stil özündə bir növ qeyri-adi Hind və Şərq motivlərini, o cümlədən qədim və müasir şah əsərlərini birləşdirə bilər. 

Ar-deko-zəriflik və monumentallıq təxəssümüdür.Bu gün bu üslub möhtərəmlik sinonimi hesab olunur.