MİNİMALİZM İnteryerdə

Minimalizmin müxtəlif variantları mütəmadi olaraq dəbə gəlir. Ona maraq əsrlərin sərhədində əmələ gəlir, ötən əsrin bədii dəyərlərinin yerini  yeniləri tutanda. Belə dövrdə insanda , adətən yorğunluq  yaranır, onda sadə formalara maraq oyanır. Bu yolla minimalizm yenidən dirçəlir. Minimalizmin formaca mənbəyi 1920-ci ilin konstruktivizmində , mənəvi mənbəyi isə Yaponiya interyerlərindədir.

Minimalizm  üslubunda interyer  yaratmaq  üçün ən əsası geniş məkan olmalıdır. Bundan ötrü məkan imkan daxilində  daxili arakəsmələrdən azad edilməlidir. Yaşayış yerini işıqla tam təmin edən iri və pərdələnməmiş  pəncərələr belə interyerin əsas hissəsidir. Şüşə arakəsmələr, açıq rəngli divarlar və tavan, parıltılı döşəmə insanda azadlıq  hissi yaradır. Şüşədən olan stellaj-rəflər, şkaf  qapıları, masaüstü sanki hiss olunmur və yer tutmur. Aksesuarlardan çox az istifadə edilməlidir. Pəncərədə pərdənin şəffaf parça və metaldan jalüz  əvəz əvəz edəcək. İnteryerin əsas rəng  palitrası qara və bozla vurğulanan ağ olmalıdır. Palitranı ağac, kərpic, metalın təbii çaları tamamlayır. Sadə təbii materialdan istifadə olunur: kərpiç, beton, ağac və ya suvaq. Minimalizmdə predmetlərlə “oynamaq” lazımdır, məsələn, ağ otaqda iri qara güldan və ya divarda parıltılı rəsm əsəri, ancaq bir şərtlə ki, əsərləri sadə çərçivəli olsun.

Ümumiyyətlə mat divarlar bir neçə qrafik rəsm əsəri üçün əla fondur.  Mebelin ucları iti olmalıdır. Divan düzbucaqlı  balışlı, stul və kreslolar da o formada olmalıdır.Belə interyerdə metaldan istifadə ona müasirlik verir: metal masa üstü, stul ayaqları, stellaj dirəkləri və s.

 “Minimalizm interyerində hər şey funksional, möhkəm və gözəl olmalıdır.  Belə interyer rahat və qeyri qıcıqlandırıcıdır”.