Barokko interyerdə

Barokko stili XVII əsrdə – XVIII əsrin başlanğıcında meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, bu stili başqa stillərnən qarışdırmaq qeyri mümkündür. Barokko bir növ öz yaranış dövrünü təcəssüm edir. Barokkoda iki amil birləşib. Bunlar yaşam tərzi və yaşam yoludur. Barokkonun fərqləndirici xüsusiyyətləri onun əzəməti, böyüklüyü və lüks olmağıdır.Dekorun zərif mükəmməlliyi, lüks olması və əzəmətli gözəlliyi sadəlik və minimalizmdən sonra evə yeni dekor kimi qatılır. Barokko -zərgərlik incəliyi,  xülyaların təmtəraqlı dizaynı və nümunələri, habelə yüksəklik, dərinlik və mükəmməlliklə bəzəklərin istifadə formalarıdır.

Barokko memarlığı — Avropa və Amerika ölkələri memarlığının inkişafında təxminən 150—200 il davam etmiş cərəyandır. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və XVIII əsrin sonunda qurtarmışdır. Barokko üslub kimi bütün incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, rəsmdə, teatrda ( və onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü daha parlaq göstərə bilmişdir. Barokko üslubu üçün obrazların dinamikliyi, gərginlik, parlaqlıq və illüziya, yüksək emosionallıq və hissiyat kimi keyfiyyətlər xasdır. Getməkdə olan feodal cəmiyyətinin aristokrat elitasının, katolik mədəniyyətinin üslubu sayılan barokko dünya mədəniyyətinə görkəmli əsərlər bəxş etmişdi.

Barokko üslubu memarlıqda Renessansı əvəz etmışdır. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda fəvvarələrdən və fişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi.

Bu üslubun əsas əlaməti – “naz-nemət içərisində üzmə”, insanın vücudu və ruhu üçün maksimal rahatlıqdır.

Barokko üslubu əsas giriş qapısında mərmər pilləkənlərin, otaqların arasında incəsənət əsərləri ilə bəzədilən ensiz dəhlizin yaradılmasına üstünlük verir. Bu üslubun xüsusiyyətlərindən biri məkan illüzialarıdır. Barokko memarlıq üslubunda interyerdə müxtəlif şəkillərin, naxışların çəkilmçəsi üçün güzgülərdən, tavandan, eləcə də divarlardan geniş istifadə edilir. Divarlar qobelenlə (divar xalçaları) ilə də örtülə bilər. Xalçaların, zərxaranın, həmçinin bahalı çilçırağın bolluğu təmtəraqlı pafos yaradır. Əyri xəttlər və dəyirmi konturlar hesabına dinamika və gözəllik əldə edilir. Bahalı mebel dəbdəbə və əzəməti artırır.

Memarlar çox zaman heykəltəraşlıq əsərlərindən istifadə edirdilər. Adi sütunlar tez-tez telamon və karitiadlar – kişi və ya qadın füqurlu sütunlarla əvəz edilirdi. Barokko üslubunun daha bir fərqləndirişi cəhəti çox iri ölçülərdir. Belə ki, pəncərələrin, qapıların ölçüləri insan boyundan on dəfə çox və daha artıq olurdu.

Barokko üslubunun köklərinin çox qədimə getməsinə baxmayaraq, bu üslubun ayrı-ayrı elementləri əsrdən-əsrə keçərək, memarlıq və interyerə qayıdır. Üslubun əbədiliyi çox asan izah olunur, belə ki, bolluğu, həmçinin təmtərağı nəzərə çarpdıran elementlərə hər dövrdə yüksək tələbat olmuşdur.