Bitmiş layihələr

Heydər Əliyev prospekti

 

Bakıda bir çox möhtəşəm tikililərin Heydər Əliyev prospektində inşa olunması yaxın gələcəkdə bu yerin öz möhtəşəmliyi və gözəlliyi ilə nəinki rayon və şəhərlərimizə, hətta dünyanın bir çox ölkələrinə nümunə olmasına imkan verəcək. Heydər Əliyev prospekti paytaxtın ən böyük prospektlərindən biridir. Odur ki, bu prospekt xüsusi dizaynla tikilib və tikilir.

Hazırda prospekt boyu yerləşən binaların hamısında milli memarlıq üslubunda əsaslı yenidənqurma işləri aparılıb. Müasir üslubda işıqlandırma həm prospektin görünüşünə yaraşıq verir, həm də hərəkətin tənzimlənməsinə kömək edir. Yaxın gələcəkdə Bakının mərkəzində yerləşən bir çox nazirlik binalarının da bu ünvana köçürüləcəyi deyilir. Məqsəd Heydər Əliyev prospektini və ətraf əraziləri yaxın gələcəkdə Azərbaycanın inzibati mərkəzinə çevirməkdir.