Bitmiş layihələr

Bilgəh qəsəbəsi

Bilgəh qəsəbəsi şimal və şərqdən Xəzər dənizi ilə əhatələnərək, cənubdan Buzovna, qərbdən Nardaran və Maştağa qəsəbələri ilə qonşudur. Kəndin adı bəzi mənbələrdə bataqlıq yer mənasını verən “bilgəh” kəlməsi ilə əlaqələndirilir, bir başqa mənbələrdə isə barama yeri, ipək istehsal edilən yer anlamında olan “piləgah” sözü ilə izah edilir. Üçüncü versiya kimi kəndin adının Bilgə xaqanının adından götürüldüyü bildirilir. Ehtimal olunur ki, böyük türk xaqanı Bilgə xanın nəslindən olan şəxslər bu kəndin əsasını qoyublar.
Bilgəh qəsəbəsində yenidənqurma işləri aparılır.