Bitmiş layihələr

Kukla teatrı

Hal-hazırda Kukla teatrının fəaliyyət göstərdiyi bina polyak injener İosf Ploşko tərəfindən tikilərək, 1908-ci ildə  “Fenomen” kinoteatrı adı altında istifadəyə verilib.1921-ci ildə memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi altında təmir-bərpa işləri aparılıb.Daha sonra ayrı-ayrı dövrlərdə binanın ərazisində müvəqqəti olaraq  “Satiragit” teatrı,musiqili komediya teatrı,Kənd Təsərrüfatı Muzeyi, SSSR xalq artisti Rəşid Behbudov teatrı yerləşib. İndiki Abdulla Şaiq  adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur.Teatrın ilk tamaşası 1932-ci ildə (“Sirk” adlı tamaşa) göstərilib.