Xidmətlər / Bədii lepka işləri

  Lepka işi istənilən interyerin və tikililərin fasadlarının əsas elementlərindən biridir. Fərqli dizayn və formalar vasitəsi ilə binalara istənilən formada gözəllik qatmaq mümkündür. Poliuretan köpüklər və penoplastdan fərqli olaraq gipsdən hazırlanan məhsullarımız özündə unikal xüsusiyyətlər daşıyır. Belə məhsullar ekoloji cəhətdən də insanlar üçün zərərsizdir.

  Çoxsaylı çeşid və münasib qiyməti, habelə hər bir müştəriyə fərdi yanaşma xüsusiyyəti bizə əməkdaşlığın ən səmərəli sxemini tapmağa imkan verirki bunun da nəticəsində uzun müddətli birgə layihələrin həyata keçirilməsinə imkan yaradır.

Biz bədii lepka işini professional səviyyədə təklif edirik:

  • Fərdi müştərilərə

  • Korporativ müştərilərə

  • memar və dizaynerlərə

  • tikinti və quraşdırma şirkətlərinə

“EdemGroup”-un uğuru-memarlıq sahəsində geniş təcrübəyə malik peşəkar kadrının olmasıdır.